İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Federasiyasında pasport almış miqrantların çağırış yaşının artırılması təklif edilib

1671 25.09.2022 17:34 Gündəm A A

Rusiya Federasiyası prezidenti yanında İnsan hüquqları üzrə Şuranın (İHŞ) sədri Valeri Fadeyev Rusiyaya gələn və Rusiya pasportu almış əmək miqrantları və digər vətəndaşlar üçün hərbi yaşın 45 və ya 50 yaşa qədər artırılmasını təklif edib.

Musavat.com xəbər verir ki, bu barədə “Moskovskiy komsomolets” qəzeti məlumat yayıb.

“Rusiya Konstitusiyasına əsasən, vətənin müdafiəsi hər Rusiya Federasiyası vətəndaşının uzunmüddətli öhdəliyidir. Qanun anadangəlmə vətəndaşlıq almış şəxslərlə vətəndaşlığı qəbul edənlər arasında fərq qoymur”,-deyə Valeri Fadeyev söyləyib.

Bununla bərabər mövcud qanunvericiliyə görə, əgər miqrantların yaşı 27-dən yuxarıdırsa, o zaman onlar hərbi xidmətə çağırılmırlar və buna görə də hərbi ixtisas ala və ehtiyata düşə bilməzlər.

Yaxın vaxtlarda İHŞ bu məsələ ilə bağlı Dövlət Duması və Rusiya Müdafiə Nazirliyi ilə məsləhətləşmələr aparmaq niyyətindədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR