İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ermənistan seçkilərində BU İSTƏYİNƏ nail olub

1021 08.06.2026 13:33 Siyasət A A

“Ermənistanda kifayət qədər gərgin keçən və Qərblə Rusiyanın kəskin geopolitik rəqabət meydanına çevrilmiş bir seçkinin keçirildiyinin şahidi olduq”.

Bu barədə Musavat.com-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib.

O qeyd edib ki, gözlənildiyi kimi, Nikol Paşinyan bu seçkilərdə qələbə çaldı, amma burada bir çox məqamları xüsusi qeyd etmək lazımdır: “Əvvəlki dövrlərdən fərqli olaraq Rusiya budəfə seçkilərə ciddi şəkildə müdxailə etdi, tərəfdarlarına ciddi dəstək verdi. Rusiya hesablayırdı ki, Paşinyanın qələbəsinin qarşısını almaq mümkün olmayacağı halda o zaman mümkün qədər Rusiya tərəfdralarının parlamentə düşməsini təmin etmək lazımdır. Rusiya Paşinyanın seçilməsinin qarşısını ala bilməsə də parlamentə keçəndəfəki seçkilərdəkindən daha çox Rusiya tərəfdarlarının düşməsinə nail oldu. İlkin nəticələrə baxdıqda görürük ki, Paşinyanın partiyası 2021-ci ildəki seçkilərlə müqayisədə 4 faiz əsas alıb. 2021-ci ildə seçkilərdə parlamentdə 71 mandata sahiblənən Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası, bu dəfə 61 mandat qazandı. Rusiyaya bağlı qüvvələr isə keçən seçkilərdə 26 faizdən biraz artıq səslə parlamentə düşümüşdülərsə, bu dəfə onların səsi 37 faizin üzərindədir. Yəni təxminən 44 deputat mandatı Rusiyayönlü qüvvələrin payına düşdü. Bu, Paşinyan üçün müəyyən bir siqnaldır. Çünki bu imkandan Rusiya Paşinyanın yürütdüyü siyasətə mümkün qədər əngəllər yaratmağa çalışacaq. Əlbəttə ki, Paşinyan prosesləri çox düzgün idarə etdi və vəziyyəti də dəqiq bilir. Ona görə də düşünürəm ki, Paşinyan öz siyasətini davam etdirəcək və rasional olaraq Qərblə inteqrasiyanı dərinləşdirməklə bərabər Rusiya ilə də münasibətləri qoruyub saxlamağa çalışacaq. Ermənistanla Rusiyanı bir-birinə kifayət qədər ciddi tellər bağlayır”.

O ki, qaldı bu seçkilərin nəticələrinin Azərbaycanla sülh müqaviləsinin imzalanamasına necə təsir göstərəcəyinə, Oqtay Qasımovun sözlərinə görə, nəticələrin sülh müqaviləsinin yolunu açdığını söyləmək olar: “Amma bir məqamı da qeyd etmək lazımdı ki, Nikol Paşinyan bir müddət də 7 iyun seçkilərində nəticələri göstərən faizlərin ətrafında manipulyasiya edə və referendumun keçirilməsini müəyyən qədər uzatmağa çalışa bilər. Bilirsiniz ki, sülh müqaviləsinin imzalanmasının əsas şərti Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasının çıxarılmasıdır və bunun üçün də referendum keçirilməlidir. Yəni öncə referendum, sonra sülh müqaviləsinin imzalanması reallaşdırılmalıdır. Paşinyan isə referdnumdan öncə sülh müqaviləsinin imzalanmasına Azərbaycanı razı salmaq üçün Qərbdən xahiş edə bilər”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR