İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Erməniləri İttifaqının rəhbəri: Ermənistan diaspor kimi əsas qüvvəsini itirib

568 23.08.2023 17:14 Region A A


Bu gün diaspor yoxdur və təkcə Rusiyada deyil, bütün başqa yerlərdə əlaqə kəsilib, Ermənistan qüdrətli dayaqlarından birini itirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu avqustun 23-də jurnalistlərlə görüşündə Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan deyib.

O, hakimiyyətin diaspora qarşı siyasətindən narazılığını bildirib və Ermənistanın baş nazirini diasporla bağlı yalan danışmaqda ittiham edib.

Abramyanın sözlərinə görə, Paşinyan hakimiyyətə gələnə qədər əlaqələr güclü olub və dövlətlə birgə fəal iş aparılıb. “Diaspor artıq 5 ildir ki, parçalanıb. Rusiyada bizim ittifaqımızı fəal şəkildə tənqid edən 400-ə yaxın milli təşkilat açılıb, sonra tez bağlanıb. Hamı hamıya qarşı çıxır, hamı hamını gözdən salır, sonra da bu təşkilatların hansısa faydalı iş görməsini  istəyirlər”, - deyə Abramyan bildirib.

Abramyan bütün bunların onsuz da ən aşağı səviyyədə olan Ermənistan-Rusiya münasibətlərinə son dərəcə mənfi təsir göstərdiyini söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR