İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ekvador bananına alternativ tapmaq üçün hərəkətə keçib

640 06.02.2024 22:43 Dünya A A

Siyasi səbəblərlə Ekvadorla münasibətləri gərginləşən Rusiya banan idxalını başqa ölkələrdən təmin etmək üçün hərəkətə keçib.

Yanvar ayında Hindistandan ilk partiya bananın idxalı təmin olunub.

Ekvadordan banan idxalına qurama iddialarla məhdudiyyət tətbiq edən “Rosselxoznadzor”un məlumatına görə, 2023-cü ildə Çindən Rusiyaya banan idxalı 2,8 min ton, Koreyadan - 4,8 min ton, Misirdən - 29 ton, Taylanddan - 2 ton təşkil edib. Qurum gələcəkdə bu ölkələrdən tədarükün artırılmasını planlaşdırır: "Bu ölkələrdən banan tədarükünün həcmi artacaq".

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, Hindistan dünyanın ən böyük banan istehsalçısı, Çin ikinci, İndoneziya isə üçüncüdür. 2023-cü ildə İndoneziyadan Rusiyaya banan tədarük edilməyib, lakin buna başlanılması nəzərdə tutulur.

Qeyd edək ki, bu ilin əvvəlinədək Ekvadorun Rusiyaya idxal olunan bananın 98 faizini təmin edib. Fevralın əvvəlindən etibarən “Rosselxoznadzor” zərərverici aşkarlanması bəhanəsi ilə bu ölkədən banan idxalını məhdudlaşdırıb. Lakin idxalı tam dayandırmaq hələlik Rusiyaya sərf etmir, çünki alternativ mənbələrdən idxalı yoluna qoymaq lazımdır.

Ekvador Sovet və Rusiya istehsalı olan 200 milyon dollarlıq silahı ABŞ-a verdiyinə görə Putinin qəzəbinə gəlib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR