İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya diplomatı Ukrayna bayrağını oğurlamaq istədi, əlbəyaxa dava düşdü - VİDEO

1397 05.05.2023 01:52 Son xəbər A A

Ankarada keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatlar sammitində Ukrayna və Rusiya nümayəndələri arasında növbəti dava düşüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, insident bu dəfə Ukrayna bayrağı üstündə baş verib.

Gələn informasiyalara görə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclasında iştirak edən ukraynalı deputat Aleksandr Marikovski Rusiya nümayəndə heyətinin katibi Valeri Stavitski ilə dalaşıb.

Sosial şəbəkələrdə yayılan videoda Stavitskinin Marikovskinin əlindən Ukrayna bayrağını necə qoparması göstərilir. Ukraynalı deputat buna cavab olaraq rusiyalı nümayəndəyə hücum çəkib və bayrağı ondan geri alıb. Bundan sonra insidentə müdaxilə edən protokol rəsmiləri tərəfləri ayırıblar.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR