İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ÇALXALANIR: inqilab ssenarisi işə düşə bilər

2179 12.06.2023 18:33 Son xəbər A A

“Hər hansı çaxnaşma olmadan Putini hakimiyyətdən uzaqlaşdırmaq mümkündür. Bu, o zaman baş verəcək ki, elitanın bir hissəsinin rejimi dəyişmək istəyi müxalifətin aktiv və düşünülmüş hərəkətləri ilə üst-üstə düşsün”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu iddianın müəllifi Rusiyanın müxalifyönlü politoloqu Abbas Qallyamovdur.

Qallyamov Polşada uğurlu tranzit təcrübəsini xatırladaraq Rusiyada belə bir inqilab ssenarisinin baş verə biləcəyini qeyd edib.

“Son həftələrdə ilk dəfə olaraq elitanın müharibənin davam etdirilməsinin zəruriliyinə açıq şəkildə şübhə ilə yanaşdığını görürük. Bir anda bir neçə yüksək vəzifəli funksioner (Krımın “qubernatoru” da daxil olmaqla) Ukrayna ilə erkən sülhün labüdlüyündən danışmağa başlayıb. Onlar Putinin “Xüsusi hərbi əməliyyatı”nın məqsədlərinə nail olmadığını açıq şəkildə dilə gətirirlər. Bu, “Bloomberg” mənbələrinin elitanın Ukrayna üzərində qələbənin mümkünlüyünə artıq inanmaması və münaqişənin dondurulacağına ümid bəsləməsi barədə xəbərlərini təsdiqləyir”, - deyə Abbas Qallyamov bildirib.

O, Kremlin ən zəif zamanının hansı hadisə ilə bağlı olduğunu açıqlayıb:

“Qarşıdan gələn prezident seçkiləri, xüsusən də onların nəticələrinin saxtalaşdırılması ilə bağlı yaranacaq qalmaqal hərəkat üçün doğru an olacaq. Çünki bu, Putinin legitimliyinin bir tükdən asılı olan anıdır. Müxalifət prezidentliyə vahid namizədi seçə bilsə, vəziyyəti gərginləşdirmək şansı artır. Həmin namizəd qeydə alınmasa belə, əhali və elita ilə dialoq apara biləcək”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR