İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya bütün cəbhələrdə hücuma keçdi, Dnestryanıda partlayışlar - CANLI gündəm

864 26.04.2022 15:18 Gündəm A A

“Rusiya ordusu Ukraynada cəbhə xəttinin bütün istiqamətlərində hücuma keçib”. Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib. O, qarşı tərəfin bu qərarının qəribə olduğunu deyib: “Ola bilsin, Putin əməliyyatlara şəxsən nəzarət etmək qərarına gəlib. Onlar hər yerə hücum etməyə çalışırlar. Hücumlar təkcə Donbasda deyil, Xersonda, Krivoy Roqda da qeydə alınır. Bundan əvvəl Zaporojye və Nikolayev yaxınlığında da qarşı tərəfin fəallığı müşahidə olunmuşdu”, - o söyləyib.

Moldovanın separatçı Dnestryanı regionunda isə iki radio antenası partlayış nəticəsində sıradan çıxarılıb. Bu barədə məlumatı Moskvanın dəstəklədiyi rejimin “daxili işlər nazirliyi” açıqlayıb.

Aprelin 26-da səhər tezdən Qriqoriopol rayonundakı Mayak kəndində iki partlayış baş verdiyi, partlayışlardan sonra iki radio antenasının sıradan çıxdığı bildirilir. Məlumatda xəsarət alan olmadığı vurğulanır. İnformasiyanı müstəqil təsdiqlətmək mümkün olmayıb.
Xatırladaq ki, aprelin 25-də isə regionun ən böyük şəhəri olan Tiraspolda “dövlət təhlükəsizlik nazirliyi”ndə partlayış baş verdiyi, binanın üst mərtəbələrinə ziyan dəydiyi haqda məlumat yayılıb.

Moldovanın Reinteqrasiya Siyasəti İdarəsi bildirib ki, aprelin 25-də baş vermiş insident konstitusion hakimiyyət tərəfindən idarə olunmayan Dnestryanı bölgəsində təhlükəsizlik vəziyyətinin gərginləşməsi bəhanəsi yaratmaqla bağlıdır.

Ukrayna isə bu hücumu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) təşkil etdiyi provokasiya adlandırıb, yeni hücumları istisna etməyib.
Xatırladaq ki, Moldovanın əsas hissəsi ilə Ukrayna arasında yerləşən Dnestryanı 1990-cı ildə müstəqillik elan edib. Hazırda Rusiyanın Dnestryanıda 1400-dək əsgəri var, regionda yerləşən nəhəng sovet dövrü silah deposuna nəzarət edir. Separatçı regionun 200 mindən çox sakininin Rusiya vətəndaşlığı var.

Dnestryanıda partlayışlar Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda baş verir. Rusiya hərbçiləri Dnestrayı sərhədinə çıxmağı Ukraynada hərbi əməliyyatın hədəflərindən hesab edir. Onların iddiasına görə, bu regionda da “rusdilli əhalisinin sıxışdırılması faktları qeydə alınır”.
TVMusavat-ın canlı yayımlanan “Həftə içi” proqramında politoloq Murad Sadəddinov regiondakı kataklizmləri şərh edir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR