İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya büdcəsinə gəlir axını 54 faizə yaxın artıb

758 09.04.2024 00:04 Dünya A A

Rusiya dövlət büdcəsinə pul axını ilə bağlı “davamlı müsbət dinamika” yaşayır.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Rusiya Maliyyə Nazirliyi açıqlayıb. İlin ilk üç ayı ərzində gəlirlər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 53,5 faiz artaraq 8,7 trilyon rubl (94 milyard dollar) təşkil edib.

Bloomberg xəbər verir ki, Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina "iqtisadiyyat təsirli templə böyüməyə davam edir" deyib.

Qeyd olunur ki, Rusiya hərbi sanksiyaların təzyiqinə tab gətirməkdə davam edir. Neft və qaz gəlirləri 2023-cü illə müqayisədə təxminən 80 faiz artıb. Buna həm xammalın qiymətinin qalxması, həm də neft şirkətlərindən birdəfəlik vergi ödəmələri şərait yaradıb.

Xatırladaq ki, hazırda Brent markalı neftin qiyməti 90 dollara yaxındır ki, bu da ilin əvvəli ilə müqayisədə təxminən 20 faiz çoxdur. Bu dinamikanın əsas səbəblərindən biri Yaxın Şərqdəki geosiyasi gərginlikdir.

Qeyri-enerji sektorlarından Rusiya büdcəsinə daxilolmalar illik müqayisədə 43 faiz artıb. Gəlirlərin əhəmiyyətli bir hissəsini “birdəfəlik” ödənişlər, həmçinin Rusiyanı tərk edən xarici şirkətlər tərəfindən ödənilən çıxış haqları təşkil edir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR