İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya bankı Azərbaycan manatı ilə köçürmələri dayandırdı

3962 29.03.2023 14:48 İqtisadiyyat A A

Rusiyanın MTS bankı bu gündən etibarən SWIFT sistemi üzərindən Azərbaycan manatı ilə köçürmə xidmətini dayandırdığını elan edib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Bankın bu qərarı xidmətə tələbin olmaması ilə bağlıdır.

MTS Bank fiziki şəxslər üçün Rusiya rublu ilə Azərbaycana transsərhəd köçürmələri davam etdirir və daha da genişləndirir.

Qeyd edək ki, MTS Azərbaycan banklarından manat, dollar və avro ilə köçürmə xidmətini 2023-cü ilin yanvarında işə salmışdı. Fevralın 24-də ABŞ və Böyük Britaniya MTS Bankı sanksiya siyahısına daxil edib ki, bu da onun göstərdiyi xidmətlərə mənfi təsir göstərib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR