İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Azərbaycan yumurtasına ümid edir

1274 17.12.2023 22:50 İqtisadiyyat A A

Rusiya tezliklə Azərbaycan və Türkiyədən rüsumsuz yumurta alacaq.

Bu barədə Rusiya kənd təsərrüfatı naziri Dmitri Patruşev bildirib.

Dmitri Patruşev deyib ki, hökumət hesab edir ki, bu, yüksək qiymətləri aşağı salmalıdır: “Yaxın bir neçə həftə ərzində Rusiya Türkiyə və Azərbaycandan rüsumsuz yumurta alacaq ki, bu da qiymətlərin aşağı düşməsinə kömək edəcək. Yaxın vaxtlarda, artıq bu həftə Azərbaycandan yumurta gəlməlidir. Düşünürəm ki, iki-üç həftədən sonra Türkiyədən yumurtalar müvafiq idxal rüsumu olmadan gələcək ki, bu da bizə qiymətləri tənzimləməyə imkan verəcək”.

Nazir əlavə edib ki, yeni il bayramı ərəfəsində ölkədə yumurta həmişə bahalaşdığından, yeni ildən sonra qiymətlərin ucuzlaşacağına ümid edir.

Qeyd edək ki, Rusiyada yumurta kəskin bahalaşıb.//APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR