İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya aktivlərindən əldə olunan ilk 1.4 milyard avro gələn həftə Ukrayna üçün fonda köçürüləcək

410 22.07.2024 23:43 Dünya A A

Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin investisiyasından əldə edilən gəlirlərin 1,4 milyard avro məbləğində birinci tranşı avqustun ilk həftəsində Avropa Komissiyasına köçürüləcək.

Musavat.com xəbər verir ki, bunu Aİ diplomatik xidmətinin rəhbəri Josep Borrel Aİ Xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu vəsait Ukraynda hava hücumundan müdafiə sistemləri və mərmilərin alınmasına, eləcə də Ukrayna sənayesindən silah alınması üçün sifarişlərin ödənilməsinə sərf ediləcək.

Qeyd edək ki, bu ilin sonunadək Rusiyanın dövlət aktivlərinin yenidən investisiyasından əldə olunan vergi gəlirləri hesabına Ukraynaya 4 milyard avronun çatdırılacağı nəzərdə tutulur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR