İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya 6 ayda 1,2 milyard ədəd yumurta idxal edəcək

667 14.12.2023 12:32 İqtisadiyyat A A

Avrasiya İqtisadi Komissiyası Rusiyanın 1,2 milyard ədəd təzə toyuq yumurtası idxalının idxal gömrük rüsumlarından azad edilməsini nəzərdə tutan tarif güzəşti ilə bağlı müraciətinə baxır.

Musavat.com xəbər verir ki, təşəbbüs 2024-cü il yanvarın 1-dən iyunun 30-dək Rusiyaya yumurta idxalına aiddir.

Avrasiya İqtisadi İttifaqı (Aİİ) bazarına tədarük edilən yumurta üçün hazırkı idxal rüsumunun dərəcəsi 15 faiz təşkil edir.

Rusiyanın təklif etdiyi gömrük-tarif tənzimlənməsi tədbiri həm pərakəndə ticarətdə satış üçün, həm də qida istehsalında istifadə üçün nəzərdə tutulmuş ev toyuqlarının təzə yumurtasına şamil edilir: “Bu tədbir ərzaq yumurtası üzrə daxili bazarı tarazlaşdıracaq və qiymət artımını cilovlayacaq. Məqsəd sosial əhəmiyyətli məhsulların istehlak qiymətlərinin bahalaşmasının və onun çatışmazlığının qarşısının alınması, səmərəli tələbata uyğun olaraq təklifin artımının təmin edilməsidir”.

Bu həftə Rusiyanın İqtisadi İnkişaf və İnteqrasiya üzrə Hökumət Komissiyasının gömrük, tarif və qeyri-tarif tənzimlənməsi, xarici ticarətdə mühafizə tədbirləri üzrə alt komitəsi Kənd Təsərrüfatı Nazirliyinin 2024-cü ilin birinci yarısında yumurta idxalına rüsumların sıfıra endirilməsi təklifini dəstəkləyib. Bu addıma yumurtanın qiymətinin kəskin bahalaşması səbəb olub. “Rosstat”ın məlumatına görə, noyabrda yumurta 15,1 faiz, ilin əvvəlindən 35,5 faiz, illik ifadədə isə 40,3 faiz bahalaşıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR