İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus sərhədçilər tacik miqrantların avtomobillərini Rusiyaya buraxmırlar

549 26.04.2024 10:05 Dünya A A

Yüzlərlə Tacikistan vətəndaşı bir neçə gündür ki, Qazaxıstan və Rusiyanın Orenburq vilayəti sərhədindəki Sərqarçin keçid məntəqəsində dayandıqlarından şikayət edirlər.

Musavat.com “Asiya-Plus”a istinadla xəbər verir ki, Rusiya sərhədçiləri onlara “sistemin nasaz” olduğunu deyirlər, amma uşaqları, qocaları və başqa ölkə vətəndaşlarını ölkə ərazisinə buraxırlar.

Tacikistanlı miqrantlar “Asia-Plus”a video və audioyazı göndərərək bildiriblər ki, aprelin 22-dən bəri Qazaxıstan-Rusiya sərhədində 180-ə yaxın Tacikistan dövlət nömrə nişanlı avtomobil, insanlar, o cümlədən çoxlu qadın və uşaqlar ilişib qalıb. Rusiya hakimiyyəti onlara federasiya ərazisinə sərbəst daxil olmağa icazə vermir.

“1000-ə yaxın tacik Rusiyaya buraxılmır. Biz Qazaxıstanla Rusiya arasında qalmışıq. Başqa ölkələrin vətəndaşlarına icazə verilir, lakin taciklərə icazə verilmir. Təxminən 180 avtomobil var. Hər maşında 5-dən 10-12-yə qədər sərnişin olur ki, onların da əksəriyyəti qadın və uşaqlardır”, - deyə miqrantlar bildiriblər.

Miqrantlar bildiriblər ki, Rusiya rəsmiləri hər bir Tacikistan vətəndaşını ayrı-ayrılıqda dindirir, telefonlarını da yoxlayır.

“Sərhədçilərdən soruşuruq ki, niyə keçməyə imkan vermirlər, deyirlər ki, sistem işləmir. Soruşduq ki, bu, təkcə taciklərə aiddirmi. Dedilər ki, “bu, sənin işin deyil, get və gözlə” – deyə neytral zonada qalan tacik miqrantlardan biri bildirib.

O, həmçinin qeyd edib ki, keçid məntəqəsinin əməkdaşları onlara bildiriblər ki, 14 yaşınadək uşaqlar və 60 yaşdan yuxarı şəxslər Rusiyaya növbəsiz daxil ola bilərlər, digərləri isə durub gözləməli olacaqlar.

Qeyd edək ki, Moskva ətrafındakı “Krokus” konsert zalında tacik mənşəli terrorçuların terror aktı törətməsindən sonra Rusiyada tacilərə münasibət pisləşib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR