İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus komandirdən ermənilərə: “Laçın dəhlizinə görə gedin Paşinyandan hesab sorun”

2145 08.07.2023 18:16 Siyasət A A

Dünən Qarabağda, rus sülhməramlılarının nəzarəti altında olan ərazilərdə qurulan oyuncaq və qondarma “Artsax”ın ictimai sektorunun bir neçə nümayəndəsi, o cümlədən qondarma qurumun “prezidenti” yanında “anti-böhran şurası”nın sədri Tiqran Petrosyan Rusiya sülhməramlılarının komandiri Lentsovla görüşüb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Qəzetin informasiyasına əsasən, görüş çox gərgin şəraitdə keçib. Lentsov burada separatçılara Laçın dəhlizinin bağlanmasına görə rusların deyil, Nikol Paşinyanın məsuliyyət daşıdığını söyləyib.
“Statistikaya nəzər salsanız, məhz Paşinyanın ““Qarabağ Azərbaycandır” deməsindən sonra Laçın yolunun bağlandığını görərsiz”,-deyə Lentsov onlara bildirib.

“Erməni fəallar etiraz edərək Qarabağ erməniləri üçün təhlükəsiz həyata təminat verənin Putin olduğunu və bunu 9 noyabr (2020-ci il) tarixli bəyanatla təsdiqləndiyini söyləyiblər. Lakin rusiyalı komandir mövcud vəziyyətə görə yalnız Rusiyanın günahlandırılmasının doğru olmadığını təkrarlayıb. O həmçinin sadəcə, əmrləri yerinə yetirdiyini, əsas qərarların siyasi platformada qəbul edilməli olduğunu vurğulayıb. Bundan sonra erməni separatçılar rus komandirlə görüşdən narazı halda ayrılıblar və hətta bəzi məlumatlara görə, etiraz aksiyaları planlaşdırırlar,-deyə yazıda qeyd olunub.

Qəzet görüşdən iki gün əvvəl də sülhməramlıların qərargahı qarşısında da aksiyaların keçirildiyini, burada maksimum 30 nəfər iştirak etdiyini bildirib. Aksiya iştirakçıları arasında Samvel Babayanın yaxın dostlarından Artur Osipyan və David Vanyan da olub.

“Qarabağ erməniləri arasında onlar anti-Rusiya baxışları ilə tanınırlar və burada başqa dövlətin “agentləri” kimi qəbul olunurlar”,-deyə “Hraparak”yazır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR