İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus əsgərlərinin ŞOK ÖLÜM səbəbi üzə çıxdı - Son dəqiqə

4245 02.04.2023 17:57 Gündəm A A

Böyük Britaniya Müdafiə Nazirliyinin hesabatına əsasən, Rusiya ordusunda qeyri-döyüş itkilərinin əsas səbəbi alkoqollu içkilərdir.

“27 mart 2023-cü il tarixində Rusiyanın Teleqram kanalları Rusiya qoşunları arasında alkoqolla bağlı insidentlərin, cinayətlərin və ölümlərin son dərəcə yüksək olduğunu yazmışdı”, - hesabatda qeyd olunub.

Britaniya Müdafiə Nazirliyinin hesabatı nə dərəcədə məntiqlidir?

Politoloq Samir Hümbətov Musavat.com-a bildirib ki, alkoqollu içkilər hərbçilərin həm sağlamlığına, həm də döyüş qabiliyyətinə şübhəsiz təsir edir.

FotoJet (3) (5) (1) (1).jpg (30 KB)

Politoloqun sözlərinə görə, rus əsgərləri arasında alkoqollu içkilər kütləvi yayılsaydı, bu hal itkilərə təsir edə bilərdi:

“Əgər ordunun bir hissəsi içkidən istifadə edirsə, o zaman bunun ciddi itki verə biləcəyi inandırıcı görünmür. Amma hər halda döyüşən ordunun bir əsgərinin belə alkoqollu içkidən, yaxud da başqa formada həyatını itirməsi Rusiya ordusu üçün yaxşı hal deyil. Bir gerçək də var ki, bu hərbçilər döyüşə girirlər. Onlar döyüşə girənə ya alkoqollu içki, ya da psixotrop maddələr verməyə məcburdurlar ki, o insan müharibənin dəhşətini hiss etməsin və döyüşə girə bilsin. Bu hal Rusiya ordusunda geniş formada tətbiq oluna bilər. Bu durum kütləvi hala keçərsə, orduya böyük bir ziyan vura bilər. Nəzərə almaq lazımdır ki, əsgər alkoqoldan çox istifadə etsə, döyüş qabiliyyətini itirər, bu da ya əsir düşməsinə, ya da öldürülməsinə gətirib çıxara bilər. Bəlkə də kimsə, yaxud kimlərsə məqsədyönlü şəkildə alkoqollu içkiləri orduya verməklə onun döyüş qabiliyyətini aşağı salmağa çalışır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR