İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus diplomatlarının Aİ ölkələrində hərəkət azadlığı məhdudlaşdırıla bilər

306 05.02.2024 23:14 Dünya A A

Rusiya diplomatlarının Avropa İttifaqı (Aİ) daxilində hərəkəti məhdudlaşdırıla bilər.

Məlumata görə, Çexiya hakimiyyəti növbəti anti-Rusiya sanksiyaları paketi çərçivəsində rusiyalı diplomatların akkreditə olunduğu ölkəyə gediş-gəlişinin məhdudlaşdırılmasını təklif edib.

Lakin Şengen zonası daxilində hərəkət faktiki olaraq heç bir şəkildə idarə olunmadığı üçün belə tədbirləri həyata keçirmək reallıqda çox çətindir.

Qeyd edək ki, hazırda Aİ-nin anti-Rusiya sanksiyalarının sayı rekord həddədir. Mövcud məhdudiyyətlərin sayı artıq 17 mini ötüb.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR