İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldo "Valyadolid"ə görə 4 gün velosipedlə yol getdi

652 09.06.2022 18:25 İdman A A

"Valyadolid"in prezidenti, braziliyalı əfsanəvi futbolçu Ronaldo komandanın növbəti mövsüm üçün La Liqaya vəsiqə qaznamasına görə velosipedlə 200 kilometr yol qət edib.

Qol.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. "Valyadolid"də 51 faiz paya sahib olan keçmiş hücumçu elektrik velosipedi ilə Santyaqo de Kompostelaya səyahət edib. O, 200 kilometr yolu dörd mərhələdə - gündə 50 km olmaqla gedib. Beləliklə, Ronaldo əvvəllər verdiyi vədi yerinə yetirib. Ronaldo klubun La Liqaya çıxacağı təqdirdə belə bir səfər edəcəyini bildirmişdi.

Ronaldo səyahəti başa vurduqdan sonra deyib: “İnanılmaz təcrübə oldu. Güclü ağrıya, yorğunluğa baxmayaraq, buna dəyərdi. Bu günlərdə min bir şey haqqında düşündüm. "Valyadolid"lə bu il çox çalışdıq və La Liqaya qayıda bildik. Səfər zamanı telefonumu söndürmüşdüm".

Qeyd edək ki, "Valyadolid" 2021/22 mövsümündə La Liqa Smartbankı 81 xalla 2-ci pillədə tamamlayıb və La Liqaya vəsiqə qazanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR