İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldo "Qalatasaray"a transfer olunur?

1165 12.07.2024 18:46 İdman A A

Kriştiano Ronaldo “Qalatasaray”la müqavilə bağlaya bilər.

Müqavilənin şərtləri də mətbuata sızdırılıb. İddialara görə, Ronaldo “Qalatasaray”la 2+1 illik müqavilə imzalayacaq.

Bildirilir ki, hazırda “Əl-Nəsr”də yüksək maaş alan Ronaldonun “Qalatasaray”dan o qədər də yüksək məbləğdə maaşı olmayacaq. Ronaldo “Qalatasaray”a İstanbul kimi bir şəhərin komandası olduğu üçün üstünlük verib. Çempionlar Liqasına vəsiqənin olması da çox vacib amildir. Ulduz futbolçu transferi üçün “Qalatasaray”dan 10 milyon avro alacaq. Bu pul futbolçuya 4+4+2 olaraq ödəniləcək.

Ronaldonun ilk il üçün “Qalatasaray”dan illik 15 milyon avro maaş alacağı iddia edilir. İkinci ildə bu ödəniş 10 milyon avroya qədər azalacaq. Müqavilənin 1 il uzadılması halında ulduz futbolçu daha 8 milyon avro qazanacaq. Müqaviləd müxtəlif bonuslar da var. (metbuat.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR