İnsanlara hürriyət, millətlərə istiqlal!

Roberta Metsola Azərbaycanla bağlı SUALDAN ustalıqla QAÇDI

1619 17.10.2023 18:41 Son xəbər A A

“Avropa Parlamenti siyasi qurumdur və 3 prinsipin həyata keçirilməsini təmin etməkdə ardıcıl olacaq”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu oktyabrın 17-də Strasburqda Avropa Parlamentinin sədri Roberta Metsola Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransı zamanı deyib.

Metsola bir jurnalistin Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalarla bağlı hansı addımı atacağı ilə bağlı sualını ümumi sözlərlə cavablandırıb.

“Parlament belə hesabatları qəbul edib və sülh danışıqlarına tez bir zamanda başlamağa çağırıb”, - deyə parlament sədri bu cümləni işlədib.

Metsola oktyabrın sonunda İlham Əliyev və Nikol Paşinyan arasında Şarl Mişelin iştirakı ilə keçiriləcək görüşü alqışladıqlarını bildirib.

“Sülh danışıqları Azərbaycanla sərhədin demarkasiyası, kommunikasiyaların açılması və humanitar problemlərin həlli baxımından bizim üçün vacibdir. Ötən ayın hadisələri narahatlıq doğurub, ona görə də biz sülhə və humanitar müdafiəyə çağırırıq”, - deyə Roberta Metsola əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR