İnsanlara hürriyət, millətlərə istiqlal!

Riçard Almeyda: “Həmişə “Braqa”ya simpatiya bəsləmişəm”

788 15.02.2024 18:12 İdman A A

"Portuqaliyaya gəldiyim vaxtdan həmişə "Braqa"ya simpatiya bəsləmişəm. Onların Alan, Lima, Salino, Uqo Vianalı superkomandası olub".

Musavat.com İdman.Biz-ə istinadən bildirir ki, bunu "Qarabağ"ın futbolçusu Riçard Almeyda deyib.

Braziliya əsilli yarımmüdafiəçi Avropa Liqasının "Braqa" ilə pley-off oyunu öncəsi Portuqaliya mətbuatına açıqlama verib. "Qarabağ"a qədər bu ölkədə "Jil Visente"də çıxış edən Almeyda rəqib barədə fikirlərini bölüşüb: "Onlar "Benfika"nı keçərək Avropa Liqasının finalına qədər irəliləmişdi. Bu, "Qarabağ"ın analoqudur. Lakin orada maaşlar bizdəkindən yüksəkdir. "Braqa" sabitdir və futbolçuları öz fəlsəfəsinə uyğun şəkildə çox yaxşı seçir. Bu klubdan daim yaxşı məşqçilər çıxır. İndi bu vəzifə Artur Jorjedədir. Səviyyəli oyun sistemi və çox yaxşı futbolçular var".

Riçard rəqibin indiki heyəti barədə də danışıb: "Calo, Rikardo Orta, Fonte, Mateus, Banse və çox bəyəndiyim, böyük potensiala malik Vitor Karvalyo barədə danışa bilərik. Mən onu "Jil Visente"yə gəldiyi vaxtdan tanıyıram. Son illərdə "Braqa"ya keçən gənc oyunçular da var. Yaxşı oyun olacağını proqnozlaşdırıram. Ümid edirəm ki, mərhələ adlamaq üçün özümüzü yaxşı tərəfdən göstərəcəyik".

Qeyd edək ki, "Braqa" və "Qarabağ" arasında matçlar fevralın 15-də və 22-də keçiriləcək. Bugünkü ilk oyun Portuqaliyada baş tutacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR