İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşistlər XOFDA – Layenin səfərinin pərdəarxası

1018 03.07.2026 14:44 Region A A

Ermənistandakı revanşist dairələr Avropa Komissiyasının sədri Ursula fon der Layenin Bakı və İrəvana səfərindən ciddi narahat olublar. Erməni mediasının yazdığına görə, yerli siyasi şərhçi Akop Badalyan hesab edir ki, Avropa İttifaqı (Aİ) Ermənistanı Azərbaycanla daha tez razılığa gəlməyə sövq etməyə çalışacaq.

İranda baş vermiş bu hadisə diqqət çəkir - Badalyan - Globalinfo.az

Badalyanın fikrincə, fon der Layenin əvvəlcə Bakıya, daha sonra isə İrəvana səfəri təsadüfi deyil. O iddia edir ki, Avropa Komissiyası Azərbaycanla əldə olunacaq razılaşmalar fonunda Ermənistanı Bakı ilə razılığa gəlməyə və irəli sürülən şərtləri qəbul etməyə təşviq edəcək.

Müəllif yazır ki, baş nazir Nikol Paşinyanın Rusiyanın baş naziri Mixail Mişustin ilə telefon danışığı da məhz bu proses fonunda baş tutub. Onun qənaətincə, Paşinyan Moskvanın mövqeyini öyrənməyə çalışır. Badalyana görə, 2022-ci ildə Layenin Bakı səfərindən sonra baş verən proseslər Ermənistan üçün ağır nəticələr doğurub. O hesab edir ki, indi də oxşar ssenari təkrarlana bilər və guya Aİ Azərbaycanla razılaşmaya sövq etmək üçün müxtəlif təşviq mexanizmlərindən istifadə edəcək.

Revanşistlərin təlaşı əsaslıdırmı? Söhbət Bakıya hansı güzəştlərdən gedir?

Elxan Şahinoğlu: “Ermənilərlə toqquşma olacaq, ordumuz antiterror  əməliyyatı keçirəcək” - VİDEO

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, erməni revanşistlər Avropa İttifaqı Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa üstünlük verdiyi üçün təlaş içindədirlər:

“Bu həqiqətdir. Çünki Layen bəyan etdi ki, Avropa İttifaqının Cənubi Qafqazda əsas iqtisadi-ticarət tərəfdaşı Azərbaycandır. Bunu rəqəmlər də təsdiqləyir. Cənubi Qafqaz-Avropa İttifaqı iqtisadi-ticarət əlaqələrinin 70 faizi Azərbaycanın payına düşür. Azərbaycan qazı Avropaya nəql olunur, alternativ enerji istiqamətində çalışmalar gedir. Bütün bunlar da Avropa İttifaqı üçün vacibdir. Avropa İttifaqının bölgəyə-Azərbaycana yatıracağı maliyyə ilə bağlı məlumatları da xanım Layen Bakıda verdi. Şübhəsiz Ermənistanla da əməkdaşlıq Avropa İttifaqı üçün vacibdir. Çünki Avropa İttifaqı Ermənistanı Rusiyanın əlindən qoparmaq istəyir. Erməni revanşistlərin bir narahatlığı da məhz bununla əlaqəlidir. Avropa İttifaqı Rusiyanı əvəz edə bilsə, bazarlarını Ermənistanın üzünə açsa, Ermənistanı hansısa yola yanacaqla təmin edə bilsə, artıq Ermənistanın Rusiyaya ehtiyacı olmayacaq. Bu da erməni radikalların gücünü zəiflədəcək. Çünki onlar Rusiyaya bağlıdırlar. Ona görə də hay-küy salırlar”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR