İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsul Quliyev erməniləri və radikal müxalifəti topa tutdu

2625 19.09.2023 19:57 Siyasət A A

“Ermənistanın hər zaman olduğu kimi separatçı-qatı millətçi qüvvələri Azərbaycanın suveren dövlət sərhədləri daxilində qanunsuz silahlı dəstələr yaradaraq Azərbaycana qarşı terror əməlləri törətməkdə davam etdirirlər. Azərbaycan Respublikasının xəbərdarlıqlarına baxmayaraq Ermənistan höküməti belə terrorçu əməllərin qarşısını nəyinki almır, əksinə bu tip qanunsuz terrorçu dəstələrini himayə edərək silahlandırmağa üstünlük verir və öz qanusuz cinayət əməllərini həyassızlıqla davam etdirir...”

Musavat.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri Rəsul Quliyev deyib.

O bəyan edib ki, Azərbaycanın öz suveren ərazilərində haqlı olaraq başlatdığı terrorçu dəstələrə qarşı lokal antiterror tədbirlərini tamlıqla dəstəkləyir, verilmiş qərarı zamanında atılmış doğru, eyni zamanda kifayət qədər cəsarətli qərar hesab edir:

“Bu gün vətənimiz Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi, ölkəmizin suverən ərazilərində fəaliyyət göstərən qanunsuz silahlı terrorçu dəstələrdən təmizlənməsi istiqamətində mühüm, həll edici və qətiyyətli addımlar atılmaqdadır. Belə həssas zamanda ölkəmizin bütün vətəndaşları, siyasi partiyaları, iqtidarlı-müxalifətli hər kəs - heç zaman olmadığı kimi bir olmalı, həmrəy olmalı, dəmir yumruq kimi birləşərək xarici təhdidlərə qarşı ordumuzun, silahlı qüvvələrimizin və bu savaşa rəhbərlik edən Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməyi bacarmalıdır”.

Rəsul Quliyev hesab edir ki, bu, milli dövlətçilik məsələsidir:

“Dövlətçilik, ərazi bütövlüyümüz siyasi masada olduğu bir zamanda iqtidar-müxalifət anlayışı olmamalıdır. Hamımız bu vətənin əsgəri olaraq rəfdar etməli və daxili milli birliyimizi qorumalıyıq. Unutmaq lazım deyil ki, bu savaş Xalqımızın savaşıdır, Dövlətimizin zəfər savaşıdır! Tanrı ordumuza yar olsun…”

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR