İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsul Quliyev CANLI efirdə danışır – Amerikanın Azərbaycana qarşı BÖYÜK PLANI nədir?

2649 16.11.2023 19:00 Son xəbər A A

ABŞ-ın belə birtərəfli yanaşması Amerikanın vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. Bu şərtlər altında bizim 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir.

Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayenin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində əksini tapıb.

Bildirilib ki, beynəlxalq hüququn norma və prinsipləri Azərbaycan xarici siyasətində həmişə prioritet olub. Azərbaycan həmişə beynəlxalq öhdəliklərinə uyğun hərəkət edəcək. Eyni zamanda, Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaqdır.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 19.00-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində eks spiker Rəsul Quliyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR