İnsanlara hürriyət, millətlərə istiqlal!

“Respublikanski”də həkimin pulları və çantası oğurlandı

425 08.07.2022 09:59 Hadisə A A

Bakıda xəstəxanada həkimə məxsus pullar və çanta oğurlanıb.

“Qafqazinfo”nun məlumatına görə, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən Respublika Klinik Xəstəxanasının həkimi S.Əzizova polisə müraciət edərək bildirib ki, iyulun 6-da saat 13 radələrində iş yerindən pulları və çantası oğurlanıb.

O bildirib ki, iş otağını tərk etdiyi vaxt 280 manat pulu və içərisində bank kartları, şəxsiyyət vəsiqəsi, kosmetik vasitələr olan çantası naməlum şəxs tərəfindən götürülüb.

Müraciətlə bağlı Yasamal RPİ-nin 29-cu Polis Şöbəsində araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR