İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsmi Bakıdan SENSASİON açıqlama: Ermənilər Xankəndiyə... - Qabil Hüseynli ilə CANLI

1203 20.12.2023 15:52 Gündəm A A

"Hələ də müzakirə edilməli olan məsələlər var. Düşünürəm ki, biz sülh gündəminə daha yaxınıq, artıq böyük problemli məsələlər görmürük". Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Newsweek"ə müsahibəsində deyib.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan özünün tam suverenliyini və ərazi bütövlüyünü bərpa edib: "Sülhün toxumları bizim regionda, Bakı və İrəvandadır. Digər tərəfdaşlarımız bizə irəliləməkdə kömək edə bilər, lakin bəzən biz özümüzü vasitəçilər arasında vasitəçilik etməyə çalışdığımız bir vəziyyətdə tapırıq".
Diplomatın sözlərinə görə, Bakı Vaşinqtonda, Moskvada və ya Brüsseldə keçirilən sülh danışıqlarını istisna etmir: "Harada görüşməyimizin əhəmiyyəti yoxdur, əsas odur ki, nəticəyönümlü olsun. Biz Ermənistan tərəfdən yalan həyəcan və isteriya görürük. Azərbaycanın artıq heç bir hərbi məqsədi yoxdur. Bizim üçün müharibə və qarşıdurma bitdi. Biz layiq olduğumuz şeylərə nail olduq".

Prezidentinin köməkçisi bildirib ki, Azərbaycan müxtəlif etnik azlıqların sülh şəraitində yanaşı yaşadığı çoxmillətli cəmiyyətə malik olmaqdan qürur duyur:

"Eyni şərait Qarabağda yaşayan ermənilərə də verilə bilər. Amma biz təcavüzkar separatizmi, qondarma Dağlıq Qarabağ Respublikasını, həmçinin yerdəki silahlı qüvvələri qəbul edə bilmərik".

“Paşinyanın dünənki müsahibəsində Ermənistan Konstitusiyasının və Müstəqillik Bəyannaməsinin dəyişdirilməsi ilə bağlı maskalanmış mesajlar yer alıb”. Revanşist ekspert Arman Abovyan öz Telegram kanalında yazıb. Həmin müsahibədə Paşinyan “Qarabağı Azərbaycanın bir hissəsi kimi ilk tanıyan rusların olduğunu və 30 il ərzində Qarabağ məsələsini həll etmək şansının olmadığını bildirib.

“Bütün bunlar niyə edilir? Hər şey çox sadədir. Çünki Ermənistan Konstitusiyası dəyişdirilmədən, Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasına dair hər hansı sənəd, saziş, bəyannamə mahiyyət etibarı ilə etibarsız sayılır. Yəni sülh anlaşması Konstitusiyaya dəyişiklik etmədən mümkün deyil”,-deyə o qeyd edib.
“Bizi ittiham edirlər ki, satmışıq, təhvil vermişik və sair. Bu o deməkdir ki, biz nə Ermənistanın, nə də Qarabağ ermənilərinin hüquqlarını qorumaq üçün səy göstərmişik. Söhbət ondan getməlidir ki, biz xalqla erməni ideyaları və istəklərini həyata keçirməyin mümkünsüzlüyü ilə bağlı danışmamışıq".
Ermənistan Baş nazir Nikol Paşinyan deyib. “Bizi təqsirli olmadığımız şeydə ittiham edirlər, günahımızın sübuta yetirilmə ehtimalı daha yüksək olan şeydə ittiham olunmuruq”, - baş nazir əlavə edib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını professor Qabil Hüseynli cavablandırır.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR