İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəqs görüntüləri ilə gündəmə gələn baş nazir haqqında YENİ XƏBƏR

1122 05.11.2022 00:24 Gündəm A A

İştirak etdiyi bir məclisdə dostları ilə rəqs edən və səlahiyyətlərini sui-istifadə etdiyi iddia ediən Finlandiya Baş naziri Sanna Marin haqqında yeni qərar verilib. 

Musavat.com xəbər verir ki, Finlandiyanın ombudsmanı belə nəticəyə gəlib ki, daxil olan şikayətlər Sanna Marinin vəzifəsini təhlükəyə atdığını və onun baş nazir kimi öz vəzifələrinə laqeyd yanaşdığını sübut etmir.

Bildirilib ki, Baş nazirin asudə vaxtının keçirilməsinin mənəvi və sosial ölçüləri parlament daxilində həllini tapması lazım olan bir məsələdir.

Qeyd edək ki, Finlandiya Baş naziri Sanna Marinin məkanların birində məşhurlarla birgə oxuyub oynamasını əks etdirən görüntülər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmişdi. KİV, eləcə də sosial şəbəkə istifadəçiləri siyasətçinin həmin məkanda narkotik vasitələrdən istifadə etməsi haqqında fikirlər səsləndirmişdi.  

Sanna Marin bu iddialar ortaya çıxdıqdan sonra narkotik testindən də keçib. Keçirdiyi mətbuat konfransında yayılan görüntülərlə bağlı açıqlama vermişdi.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR