İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəcəb Tayyib Ərdoğanın qələbəsinə ilk REAKSİYALAR

2241 28.05.2023 23:01 Siyasət A A

Azərbaycanlı millət vəkilləri, ziyalılar, tanınmış şəxslər Rəcəb Tayyib Ərdoğanı və türk xalqını qələbə münasibətilə təbrik edib.

Musavat.com onlardan bir neçəsini təqdim edir:

arif.jpg (269 KB)

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu:

“Gözün aydın, Türk Dünyası! Anadoluya, Türk və İslam dünyasına xeyirli - uğurlu olsun! Türkiyədə bir seçki yox, əsil referendum keçirildi!

Erdoğanı hərbi yolla devirməyi planladılar, sonra düz 7 il ara ilə seçki ilə devirmək istədilər! Alınmadı! Türk xalqı anti-Türk, anti-Anadolu, anti-Turan, anti-Azərbaycan xəttinə keçid vermədi!

Sabahdan yeni era başlayır! Avrasiya materikindəki bir super etnos dünya səhnəsində mərkəzi obraza gəlməkdədir. Turan qurulur!”

mirze.jpg (272 KB)

Siyasi şərhçi Elçin Mirzəbəyli qələbəni milli iradənin zəfəri kimi dəyərləndirib:

“Milli iradə zəfər qazandı!

Qardaş Türkiyə və bütün Türk Dünyası üçün xeyirli-uğurlu olsun!”

jale.jpg (249 KB)

Millət vəkili Jalə Əhmədova da qələbə münasibəti ilə türk xalqını təbrik edib: “Hörmətli Rəcəb Tayyib Ərdoğan qələbə qazanaraq Türkiyənin yeni prezidenti seçildi. Qardaş Türkiyə xalqını təbrik edirəm. Ölkələrimiz üçün xeyirli-uğurlu olsun”.

tural-gəncəliyev.jpg (23 KB)

Millət vəkili Tural Gəncəliyev yazıb: “Xeyirli uğurlu olsun! Allah qardaşlığımızı daimi eyləsin!”

mutel.jpg (49 KB)

Tanınmış jurnalist Jalə Mütəllimova bildirib ki, bu, təhlükəli seçki idi: “Türkiyənin iyirmi il geri qaytarılmasının, İraq, Suriyaya çevrilməsinin, İran sərhədində kürd zolağı salınmasının qarşısı alındı. TÜRK xalqı bunu başardı. Azərbaycanlı olan hər kəs buna sevinməli...”

eziz.jpg (89 KB)

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı belə təbrik edib:

“Türkiyə prezident seçkilərində möhtəşəm qələbə qazandı! Qardaş Türkiyə xalqını, bu seçkini ürək döyüntüsü ilə izləyən Azərbaycan xalqını və bütün Türk dünyasını ürəkdən təbrik edirəm! Hamımız üçün xeyirli-uğurlu olsun!”

ceyhun.jpg (76 KB)

Millət vəkili Ceyhun Məmmədov bildirib ki, türk xalqı xoşbəxt gələcəyə səs verib: “Türkiyə bütün dünyaya növbəti dəfə demokratiya dərsi verdi. Türkiyəni İraqa və Suriyaya çevirmək istəyənlərin arzusu ürəyində qaldı. Türkiyə daha da güclənəcək, daha da inkişaf edəcək. Biz qələbəyə inanırdıq. Yaşasın Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı!”

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR