İnsanlara hürriyət, millətlərə istiqlal!

“Real”ın yeni səfər formasının FOTOSU

539 22.07.2024 16:12 İdman A A

“Real Madrid” 2024/2025 mövsümündə geyinəcəyi yeni səfər formasını təqdim edib.

“Qafqazinfo” bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Yeni forma narıncı rəngdədir. Onun çiyin və boğaz hissələrində ağ və qara zolaqlar var. Formanın təqdimatında klubun yeni transferi Kilian Mbappe də iştirak edib. 

Xatırladaq ki, “Real” 2023/2024 mövsümündə İspaniya çempionu olub. Karlo Ançelottinin yetirmələri 38 oyunda 95 xal toplayıb. Həmçinin “kral klubu” UEFA Çempionlar Liqasında “Borussiya”nı məğlub edərək 15-ci dəfə kuboku başı üzərinə qaldırıb.



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR