İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramzan Kadırov qismən səfərbərlik qərarına qarşı çıxanları HƏDƏLƏDİ VİDEO

1538 25.09.2022 14:52 Gündəm A A

Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Çeçenistan lideri Ramzan Kadırov qismən səfərbərlik qərarından sonra küçələrə çıxan etirazçıları hədələyib.

Musavat.com xəbər verir ki, aksiya iştirakçılarını yaxınları ilə birlikdə Ukraynadakı döyüş bölgələrinə göndərməklə hədələyən Kadırov, "Bəziləri deyir ki, qismən səfərbərliyə qarşı çıxmaq lazımdır. Heç kim Putinin qərarı ilə mübahisə etməsin, sadəcə itaət etsinlər. Hamınızı bunlardan uzaq olmağa çağırıram",-deyə bildirib. 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin qismən hərbi səfərbərlik elan etməsindən sonra Rusiyadan məhdud sayda da olsa, xeyli insan etiraz aksiyaları təşkil edib. Bununla belə, xeyli insan qonşu ölkələrə birtərəfli aviabilet almaq üçün axın edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR