İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramiz Əskərin ailəsində FACİƏ

759 07.07.2022 09:55 Hadisə A A

Tanınmış yazıçı-publisist, BDU-nun kafedra müdiri, filologiya elmləri doktoru Ramiz Əskərin ailəsində faciə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ramiz Əskərin qızının həyat yoldaşı Öndər Türkiyədə bədbəxt hadisə nəticəsində vəfat edib.

Belə ki, yaşadığı evin həyətindəki işıq dirəyində lampanı dəyişmək istəyən Öndər ehtiyatsızlıqdan yıxılıb. Başından ağır xəsarət alan şəxs vəfat edib.

Qeyd edək ki, Ramiz Əskərin qızı xeyli müddətdir ailəsi ilə birgə Türkiyədə yaşayır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR