İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurbanlıq heyvanın kəsim ŞƏRTLƏRİ - Məşhur ilahiyyatçıdan VACİB AÇIQLAMALAR

1055 28.06.2023 17:16 Son xəbər A A

Bu gün Qurban bayramıdır. Bütün müsəlmanlar Allah qatında savab qazanmaq üçün qurban kəsir və ehtiyacı olan kəslərə paylayırlar. Qurban kəsimi ənənəsi hələ bir-neçə gün davam edəcək. Kəsim zamanı bir sıra vacib detalları gözdən qaçırırıq.

İlahiyyatçı Hacı Təyyar Musavat.com-a açıqlamasında bildirib ki, Qurban bayramında Allah üçün kəsilən qurbanlar qüsursuz və heyvanların içində özəlliklə fərqlənən və ən layiqli heyvan seçilməlidir.

Hacı Təyyar bildirir ki, qüsurlu, nöqsanlı heyvan qurban edilə bilməz:

“Kəsim zamanı heyvanın həm yaşı, həm də çəkisi sözün əsl mənasında önəmli rol oynayır. İri buynuzlu mal-qara ildə bir, xırda buynuzlu mal-qara isə isə ildə iki dəfə bala verə bilir. Bəzi yanaşmalar var ki, heyvan üçün yaş nəyə lazımdır, bu doğru yanaşma deyil. Xırdabuynuzlu heyvanlar üçün deyə bilərik ki, azı 6 ay keçməlidir ki, qoyunun quzusu formalaşıb ətə-qana gəlsin və kəsimə hazır olsun. Yaşlı ətin gec bişməsini nəızərə alsaq , mütəxəssislər daha çox gənc heyvanın ətini məsləhətli hesab edirlər. Qurban kəsimində diqqət edilməli ən vacib məqamlardan digərləri heyvanın buynuzunun sınmış olmaması, hər iki buynuzunun gözə gəlimli olmasıdır. Axsaq və ya gözündə problem olan heyvanın qurban kəsilməsi doğru deyil, çünki, Allah yolunda kəsilən qurban məhz Allaha qurban edilməyə layiq olmalıdır. Yəni qüsurlu, nöqsanlı heyvan qurban edilə bilməz. Bundan əlavə, “Bu xeyirsiz inək idi”, “Bu heyvan ətə-qana gəlmirdi” - deyib Allah yolunda qurban kəsmək olmaz".

c0d9f5d4-7cb8-4ea8-9eac-e1e18436267e.jpg (123 KB)

Məşhur ilahiyyatçı daha sonra qeyd edib ki, qurbanlıq heyvan çox iti bıçaqla kəsilməldir:

Qurban kəsən zaman heyvan çox iti bıçaqla kəsilməldir ki, heyvan çox əzab çəkməsin. Kəsimə qədər heyvana həddindən artıq su və qida verilməli və xüsusi qulluq edilməlidir. Ən əsası heyvanı digər heyvanın gözü qarşısında kəsmək olmaz. Kəsim zamanı “Bismillah” yerinə “pismillah” deyən qəssablara da demək istəyirəm ki, belə bir tələffüz şəkli yoxdur. Heyvanın qiblənin yönündə kəsilməsi mütləqdir. Borc-xərclə edilən qurban da doğru sayılmır. Qurban bayramı şərtdir, bu mənəviyyat bayramıdır, İbrahim peyğəmbərin İlahi sınaqdan çıxdığı bayramdır, ən əsası insanlıq və səxavət bayramıdır. Allah cəmi müsəlmanların kəsdiyi qurbanları qəbul etsin”.

Dürrə Həsənova,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR