İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanovdan Şahruddin açıqlaması: “Yeni oyunçular istəyirik”

1367 22.07.2024 02:31 İdman A A

“Şahruddin düşərgəmizə bir az gec gəldi, buna baxmayaraq, hazırlığı pis deyil”.

Musavat.com İdman.biz-ə istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirdiyi brifinqdə deyib.

O, Şahruddin Məhəmmədəliyevin Ağdam klubuna qayıdışına və hazırkı durumuna münasibət bildirib: “Formasından razıyam. Amma oyunçularla bir müddət bir yerdə olmalıdır ki, özünü tam hazır hiss etsin. Ümumilikdə, hazırkı durumundan razıyam".

Qurbanov yeni transferlərlə bağlı danışıqların getdiyini də deyib: "Oyunlara hazırlaşmaqla bərabər transfer mövzusunda da danışıqlar aparırıq. Hücum xəttinə yeni oyunçular istəyirik. Müdafiə xətti üçün də futbolçuları izləyirik”.

Qeyd edək ki, ötən mövsümdə Türkiyənin “Adana Demirspor” klubunun formasını geyinən Şahruddin “Qarabağ”la 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR