İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov niyə AFFA-nın onlayn iclasına qatılmayıb?

742 13.06.2024 16:47 İdman A A

“İşçi qrupu ilə müzakirələr aparıldı, onların da fikri nəzərə alındı. Konkret olaraq hər şeyi açıqlaya bilmərik. Yalnız onu deyim ki, bu seçimdə hər kəsin mövqeyi nəzərə alınıb”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri AFFA-nın İcraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə seçimlə bağlı danışarkən deyib.

Qurum rəsmisi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun dünən AFFA İcraiyyə Komitəsinin onlayn formatda keçirilən iclasına qatılmamasına da münasibət bildirib:
“İclasda yalnız bir məsələ, milli komandamızın baş məşqçi məsələsi müzakirə olunacaqdı. Qurban Qurbanov daha əvvəl milli komandamızın baş məşqçisi olub. Məhz bu həssaslığını nəzərə alaraq, o, öz xahişi ilə iclasa qatılmadı. Biz də Qurban müəllimin istəyi ilə razılaşdıq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR