İnsanlara hürriyət, millətlərə istiqlal!

Quranı yandıran Paludan İsveçə gəlsə həbs olunacaq

699 05.05.2023 10:15 Son xəbər A A

Müsəlmanların Quran kitabını nümayişkarənə şəkildə yandıran Rasmus Paludan qiyabi olaraq həbsə məhkum edilib.

İsveçdə çıxan "Aftonbladet" qəzetinin məlumatına görə, ifrat sağçı siyasətçi bir neçə cinayətdə şübhəli bilinir.

Rasmus Paludan bir neçə ay əvvəl bir qrup insana qarşı təhrik, təhqir və bir məmura qarşı kobud hücumda ittiham olunaraq istintaqa cəlb edilib.

O, dindirilməyə çağırılıb, lakin İsveçə gəlmək istəməyib.

Prokuror Adrien Combier-Hogg Danimarka polisinin köməyi ilə Paludanı Danimarkada dinləmək imkanı əldə edib.

Qəzetin məlumatına görə, Rasmus Paludan özü həbs qərarını axmaqlıq hesab edir: "Ümumilikdə İsveç polisi və xüsusilə Malmö polisi məni qorumaq istəmir, ona görə də İsveçə gəlməyim təhlükəlidir. Malmö polisi islamlaşdırılmış zibillikdir.

O, İsveçə gəlmək planının olmadığını bildirir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR