İnsanlara hürriyət, millətlərə istiqlal!

Quduzluğa yoluxan uşaqla bağlı RƏSMİ AÇIQLAMA

1336 17.07.2023 15:12 Son xəbər A A

Yayılan video ilə bağlı bildiririk ki, Balakən qeydiyyatında olan, Sumqayıtda məskunlaşan 2016-cı il təvəllüdlü Mirqafarov Tunar Kənan oğlu ailə üzvləri ilə birlikdə 8 iyul 2023-cü il tarixində ağır vəziyyətdə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına daxil olub. Ailə üzvlərinin sözlərinə görə, onu it dişləyib.

Muysavat.com xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, baş, qol və kürək nahiyələrindən xəsarətlər alan Tunar Mirqafarova ilkin tibbi yardım göstərilib, cərrahi əməliyyatlar həyata keçirilib.

Eyni zamanda ona quduzluq əleyhinə immunoqlobulin və sxemə uyğun antrabik vaksini vurulub. Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR