İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyev: “4500 nəfər müharibə veteranı kimi tanınmır”

950 07.05.2024 15:49 Ölkə A A

Milli Məclisdə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.

Musavat.com xəbər verir ki, deputat Qüdrət Həsənquliyev çıxışı zamanı bildirib ki, qanun layihəsinə səs verəcək.

Ardınca o, mühüm məsələlərə diqqət çəkib: “Qarşıdan 9 May İkinci Dünya Müharibəsində qələbənin ildönümü gəlir: “Bu münasibətlə mən, hər kəsi təbrik edirəm. Həm də, müharibədə dünyasını dəyişmiş insanları hörmətlə anıram, Allah onların ruhunu şad etsin. Cənab prezident mayın 2-də Sərəncam imzaladı ki, İkinci Dünya Müharibəsi veteranlarının, onların dul qalmış ailə üzvlərinin, arxa cəbhəə veteranlarının hər birinə min manat, ümumilikdə 3 milyon manat vəsait ayrılıb. Buna görə, cənab prezidentə təşəkkür edirəm. Amma məni başqa bir məsələ də düşündürür - bir neçə gün bundan qabaq bizim öz Vətən Müharibəmizdə torpaqlarımızın işğaldan azad etmiş bir qrup hərbçi mənimlə görüşdü və müraciət etdilər ki, onlar Prezidentin Sərəncamına uyğun olaraq, 2020-ci il sentyabrın 28-də səfərbərlik olanda orduya çağırılıblar, arxa cəbhədə ordunun təchizatı ilə məşğul olublar”.

Deputat daha sonra əlavə edib ki, buna baxmayaraq, təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır: “Bu, ədalətsizlikdir ki, biz, İkinci Dünya Müharibəsində arxa cəbhədə olanaları veteran kimi tanıyırıq, amma Vətən Müharibəsində olanları yox. Söhbət 80 manat veteran pulundan gedir. Onlar bildirdilər ki, həmin puldan imtina edirlər. Sadəcə olaraq, ola bilsin ki, “Arxa cəbhə veteranı” adında yeni statusda ad verilsin. Sadəcə istəyirlər ki, bu müharibədə iştirak elədikləri dövlət tərəfindən hansısa formada qeyd olunsun. Bunu da həmkarlarımın və hörmətli sədr, sizin diqqətinizə çatdırdım”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR