İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qudbay”, Menendez! – Erməni əri, lobbi maşası olmaq ağır taledir!

1336 23.09.2023 15:47 Siyasət A A

Ermənilərin ABŞ Konqresindəki 1 nömrəli adamı və əsas dayağı dələduz çıxdı. Zatən, onsuz da bilirdik. Senatın Xarici Əlaqələr Komitəsinin sədri, qatı ermənipərəst Robert Menendezi deyirik.

Artıq məlumdur ki, Azərbaycanın ABŞ-dakı ən böyük düşməni Menendezə qarşı korrupsiya ittihamı ilə cinayət işi qaldırılıb. Nyu-York ştatının Cənub dairə prokurorluğu onu və erməni arvadını Nyu-Cersidən olan 3 biznesmenlə korrupsiya əlaqəsinə girməkdə ittiham edir. İttiham aktında deyilir ki, Demokrat Partiyasından olan senator və arvadı rüşvət kimi nağd pullar, qızıl külçələri, lüks avtomobillər və digər qiymətli əşyalar alıblar.

Yada salaq ki, Bob Menendez bundan əvvəl erməni lobbisindən rüşvət götürmək ittihamı ilə cinayət təqibinə məruz qalsa da, canını və kreslosunu qurtara bilmişdi. Bu dəfə isə az qala 40 ildir Konqresdə küllənən, çirkli pullar qarşılığında ABŞ-a deyil, erməni lobbisinə qulluq edən bu avantürist Senatın komitə sədrindən istefa verməli olub. Düzdür, müvəqqəti. Amma ümid edək ki, geri dönüşü olmayacaq. Senator sentyabrın 27-də məhkəmə qarşısına çıxacaq...

“Əlvida, Menendez! Başqalarını ittiham etməyin ki, ittiham edilməyəsiniz”.

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev X sosial şəbəkəsində yazıb.

“Onun bütün korrupsiya ittihamları qarşısında cəzasız qaldığını görüb də az qala yerdəki məhkəməyə ümidimi itirmişdim və yalnız İlahi ədalətə ümid edirdim! Möcüzələr hər halda baş verir!” – Hacıyev haqlı olaraq qeyd edib.

Doğrudan da, Allah gec edər, güc edər. Menendezi də beləcə, “müsəlmanların Allahı yerlə-yeksən elədi...” Necə ki, torpaqlarımızda Azərbaycan xalqına qarşı olmazın vəhşiliklər, bəşəri cinayətlər törətmiş erməni separatçı-xuntaçılar bala-bala öz layiqli cəzalarını almaqdadırlar. Menendez timsalında şərəfini dollara satanların mələk saydığı qatı cinayətkarlar! Bu dəqiqə Qarabağda öz soydaşları olan dinc sakinləri girov götürüb canlı sipər kimi istifadə eləməyə çalışan terrorçular!

Ancaq erməniyanlı senator əmin ola bilər: o “mələklər”in heç biri Azərbaycan məhkəməsindən yayına bilməyəcək. Necə ki, ABŞ məhkəməsi Bobun özünü unutmur...

Maraqlıdır ki, məhz bu qalmaqallı olay ərəfəsində ABŞ Konqresinə təzədən Azərbaycan əleyhinə qanun layihəsi təqdim edilib. “Dağlıq Qarabağa dəstək və Qarabağa hərbi təcavüzdə və onun blokadasında iştirak edən Azərbaycan rəsmilərinə qarşı sanksiyaları” nəzərdə tutan qanun layihəsinin həmmüəllifi də kim olsa yaxşıdır?

Əlbəttə ki, Menendez! İndiyədək bir dəfə də olsun, “Azərbaycanın ərazi bütövlüyü” ifadəsini dilinə gətirməyən, ötən həftə Senatdakı dinləmələrdə gözünü yumub ağzını açan və Azərbaycanı hədələyən senator Menendez. Erməni əri, lobbi maşası olmaq həqiqətən ağır taledir!

Bəs orada daha nə yazılıb? Layihəyə əsasən, “ABŞ prezidenti sənəd qüvvəyə mindikdən sonra 30 gündən gec olmayaraq hərbi hücuma və Qarabağda humanitar böhrana görə məsuliyyət daşıyan Azərbaycan rəhbər şəxslərinə qarşı sanksiyalar tətbiq etməlidir”. Ağ Ev başçısına həmçinin Vaşinqtonun Azərbaycana ayırdığı hərbi yardımı dayandırmaq təklif olunur.

Amma sən saydığını say, gör fələk nə sayır. Yaxşı ki, yalana süni intellekt də versən ayaq tuta, yeriyə, qaça bilmir. Amma kimə deyirsən...

Diqqət edin, bu gün başqa bir senator - Cerri Pitersin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti Ermənistanda səfərdədir. Səfər çərçivəsində o, baş nazir Nikol Paşinyan, parlament sədri Alen Simonyan, xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan və digər rəsmi şəxslərlə görüşəcək. Tərəflərin ikitərəfli münasibətləri, həmçinin Qarabağdakı durumu, Azərbaycanın keçirdiyi antiterror tədbirlərinin nəticəsini müzakirə edəcəkləri gözlənilir.

Sözsüz ki, xoş niyyətli ziyarət deyil. Əks halda, gerçəyi bilmək bir yana, heç olmasa balans xətrinə onlar Bakıya da ayaq basardılar. Biz tərəfdə adam yeyənmi var? Yox. Qoy onda nə qədər ermənilik edir-eləsinlər. Azərbaycan onsuz da Qarabağda son “təmizləmə işləri”ni aparır. Bunu nə menendezlər, nə də piterslər əngəlləmək gücündədir. Onların da, “artsaxın” da kitabı bağlanıb, qatarları gedib. Çoxdan...

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR