İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubada silsilə oğurluqlar edənlərin FOTOSU

554 21.03.2023 13:52 Kriminal A A

Quba rayonu ərazisində fərqli yerlərdən oğurluq etməkdə şübhəli bilinən Elşad Güliyev və Elşən Hacıyev saxlanılıblar.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir olaraq rayon ərazisində olan kafe, bağ, eləcə də evlərdən müxtəlif əşyalar və ərzaq məhsulları oğurlamaqda zərərçəkmişlərə ümumilikdə 7905 manat ziyan vurublar.

Faktlarla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR