İnsanlara hürriyət, millətlərə istiqlal!

Qoşqar Təhməzlidən XƏBƏRDARLIQ 

492 12.07.2023 11:38 Son xəbər A A

"2023-cü il yanvarın 1-dən etibarən təsdiqi tələb olunan xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq edildikdən sonra icazə verilir. Bəzi ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması avtomatik olaraq, bəzi dövlətlərdə isə qiymətləndirmə aparılmaqla həyata keçirilir".

Musavat.com-un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Qida təhlükəsizliyi haqqında" Qanunun icrası ilə əlaqədar 2023-cü ilin 6 ayı ərzində görülmüş tədbirlərə dair keçirilən mətbuat konfransında məlumat verib.

Q.Təhməzli deyib ki, məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinə idxal edilməsi üçün həmin məhsulların istehsal və emal olunduğu qida obyektləri AQTA tərəfindən təsdiq edilməlidir.

Agentlik sədri ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara növbəti dəfə xəbərdarlıq edərək bildirib ki, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq üçün müraciət etməyən şirkətlərin xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarını idxal etməsi mümkün olmayacaq.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR