İnsanlara hürriyət, millətlərə istiqlal!

Qohumlar arasında QANLI DAVA - Bıçaqlanan var

827 26.03.2023 18:35 Kriminal A A

Bakıda qohumlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

1971-ci il təvəllüdlü Hacıyev Yalçın Yaşar oğlu rayonun Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi 65 ünvanında bibisi oğlu, 1966-cı il təvəllüdlü Yaqubov Elşən Kamil oğlu ilə aralarında yaranmış mübahisə zamanı evin mətbəxindən götürdüyü bıçaqla sonuncuya qarın və kürək nahiyyəsindən bıçaqlayıb.

Faktla bağlı Suraxanı RPİ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanmış və Hacıyev Yalçın Yaşar oğlu şübhəli şəxs qismində tutulub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR