İnsanlara hürriyət, millətlərə istiqlal!

Qobustanda dəhşətli qəza baş verən ərazidən SON MƏLUMAT - VİDEO

2315 03.01.2023 13:07 Hadisə A A

“Yanğın saat yarıma söndürülüb”.

Bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, yanğının söndürülməsinə ümumilikdə 15 texnika və 72 nəfər şəxsi heyət cəlb olunub.

“Məlumat daxil olan kimi yanğın bölmələri hadisə yerinə cəlb olunub.

Yanğının baş verməsinə səbəb 99-ZD-593 dövlət nömrə nişanlı “Mercedes” markalı yanacaqdaşıyan avtomobilin hərəkətdə olan 42-CB-514 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını ilə toqquşmasıdır. Bu toqquşmadan sonra 99-BH-926 dövlət nömrə nişanlı “Opel” markalı nəqliyyat vasitəsi “Mercedes”ə çırpılıb”.

Onun sözlərinə görə, yanğının söndürülməsi saat yarım davam edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR