İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal TƏHLÜKƏ! - Qrenlandiya saatda 30 milyon ton buz itirir

948 18.01.2024 16:14 Dünya A A

Araşdırmalara görə, Qrenlandiya iqlim dəyişikliyi səbəbindən saatda orta hesabla 30 milyon ton buz itirir.

BAKU.WS “The New York Times” qəzetinin araşdırmalarına istinadən xəbər verir ki, NASA-nın Reaktiv Sürmə Laboratoriyasının əməkdaşı və tədqiqatçısı Çad Qrin və komandası 1985-ci ildən 2022-ci ilə qədər çəkilmiş peyk şəkilləri əsasında xəritə hazırlayıb.

Demək olar ki, bütün Qrenlandiya ərazisini əhatə edən 200 mindən çox buzlaq təsviri xəritədə bir araya gətirilib.

Bunları araşdıran tədqiqatçılar Qrenlandiyanın saatda orta hesabla 30 milyon ton buz itirdiyini müəyyən ediblər.

Məlumatlar göstərib ki, Qrenlandiya proqnozlaşdırılandan 20 faiz çox əriyir.

Bundan əlavə, Qrenlandiya 1992-ci ildən bəri təxminən beş trilyon ton buz itirib.

Qrin, Qrenlandiyanın demək olar ki, hər bölgəsində eyni vaxtda ərimənin müşahidə edildiyini və buzlaqların geri çəkildiyini qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR