2030-cü ilə qədər dünyada maye qaz - LNG ixracı indiyə qədər görünməmiş miqyasda böyüyəcək və hazırkı 580 milyard kubmetrdən 850 milyard kubmetrə çatacaq.
Musavat.com xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, bu proqnoz Beynəlxalq Enerji Agentliyinin qlobal enerji icmalında əksini tapıb.
Hesabata görə, bu böyümənin mühərriki ABŞ olacaq. Belə ki, 5 ildə 270 milyard kub ekvivaletində LNG artımının təxminən 115 milyard kubunu məhz ABŞ təmin edəcək. İkinci yerdə Qətər gələcək - təxminən 70-75 milyard kubmetr. Sonrakı yerlərdə Avstraliya, Afrika və Canada var.
Agentliyin analizinə görə, yaxın 5 ildə LNG ixracının həcmi ona olan tələbatı üstələyəcək ki, bu da qazın qiymətinin aşağı düşməsinə təkan verəcək.
Musavat.com