"Ermənistanın islam dövlətini məğlub etmək üçün koalisiyaya qoşulmasından narahat olmayın".
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli ekspert Suren Sarkisyan öz feysbuk səhifəsində yazıb.
O qeyd edib:
"Hələ 2020-ci ildə biz dini etiqad azadlığı alyansına qoşulduq və tamamilə heç nə vermədik, heç nə almadıq. Hələ heç nədən istifadə edə bilmirik".
Xatırladaq ki, bir gün əvvəl Vaşinqtonda Ermənistanla ABŞ arasında strateji əməkdaşlığa dair sənədin mətnini imzalamazdan əvvəl dövlət katibi Blinken və xarici işlər naziri Mirzoyan Ermənistanın islam dövlətinə qalib gəlmək üçün koalisiyaya qoşulduğunu bəyan ediblər.
Musavat.com