“Çinlə uzunmüddətli rəqabət ABŞ-ın indiyə qədər üzləşdiyi ən ciddi problem ola bilər və bu, Donald Tramp administrasiyasının əsas diqqət mərkəzində olacaq”.
Musavat.com xəbər verir ki, bunu ABŞ-ın hazırkı prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Vaşinqton Sülh İnstitutunda çıxışı zamanı deyib.
“Məncə, bizim Çinlə uzunmüddətli strateji rəqabətimizdən yayınmamağımız çox vacibdir. Çin Sovet İttifaqından sonra bizimlə hər sahədə rəqabət apara biləcək ambisiyalı bir dövlətdir. Biz diqqəti ölkəmizə sərmayə qoymağa yönəltməli, müttəfiqlərimizi ətrafımızda birləşdirməli və Cənubi Çin dənizi və Tayvan boğazı da daxil olmaqla Çinin ədalətsiz iqtisadi təcrübələrinə və aqressiv taktikalarına qarşı dirənməliyik”, - deyə Sallivan qeyd edib.
Musavat.com