Daşkənddə bir nəfər altı il əvvəl Telegram-a göndərdiyi səsli mesaja görə 5 il 1 ay həbs cəzasına məhkum edilib.
Musavat.com Podrobno.uz saytına istinadla xəbər verir ki, bu barədə hüquq idarəsinin vəkili Abduvəli Dəminov məlumat yayıb.
Bildirilir ki, 2019-cu ilin iyul ayında həmin şəxs iki tanışına səsli mesaj göndərib və orada Özbəkistan qanunlarının “şəriət normalarına zidd olduğunu, qanunvericilik palatasının deputatları arasında müsəlman olmayanların da olduğunu” iddia edib.
Bu mesajı göndərəndən 6 il sonra həmin şəxsə qarşı cinayət işi açılıb. Almazar rayon məhkəməsi onu Cinayət Məcəlləsinin “İctimai təhlükəsizliyə və ictimai asayişə təhlükə törədən materialları hazırlama, saxlama, yayma və ya nümayiş etdirmə” və “Milli, irqi, etnik və ya dini nifrətin salınması” maddələri ilə təqsirli bilib.
Məhkəmə həmin şəxsə 5 il həbs cəzası verib.
Vəkilin sözlərinə görə, müttəhimin ailəsi son dərəcə ağır iqtisadi vəziyyətdədir. Həmin şəxs rəssamlıqla məşğul olub. İş olmayanda taksi sürücüsü işləyərək ailəsini dolandırıb.
“Bu gün ailə onu müdafiə etmək üçün vəkil tutmağa pul tapmaqda çətinlik çəkir”, - deyə məlumatda bildirilir.
Musavat.com