İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda narkotikə görə anasını döyən şəxs həbs edildi - ANA BAĞIŞLAMADI

495 15.01.2025 14:44 Kriminal A A

Sumqayıtda 24 yaşlı Vüqar anasını döyüb. Buna görə də anası ondan şikayət edib. Məlum olub ki, narkotik istifadəçisi olan Vüqar daha əvvəl də anasını döyürmüş.

Musavat.com xəbər verir ki, Vüqar narkotik istifadəçisi olduğu üçün anası və atası ilə mübahisələri tez-tez olurmuş. Evdən tez-tez pul istəyirmiş.

O, evə gec gəldiyi üçün anası Sədaqət Əliyeva (ad və soyad şərtidir) ilə aralarında tez-tez mübahisələri olurmuş.

Sonuncu dəfə Vüqar atasından pul istəyib. Atası ona pul vermədiyi üçün mübahisələri böyüyüb. Anası bu hərəkətinə görə Vüqara yenə də irad bildirib. Vüqar evin pəncərəsinin şüşələrini sındırdıqdan sonra anasının başından vurub.

Vüqar ifadəsində anasını vurmadığını deyib. Bildirib ki, narkotik istifadəçisi olduğu üçün həmin zaman gərgin olub. Amma Vüqarın anası oğlunun yalan danışdığını deyib. Bildirib ki, oğlu Vüqar evin şüşələrini sındırdıqdan sonra onun başını da divara vurub. Ana oğlundan şikayətçi olduğunu, ona cəza verilməsini istəyib.

Daha əvvəl də məhkumluq həyatı yaşayan, məhkumluğu ödənilməyən Vüqar məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs edilib.

İ.Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR