İnsanlara hürriyət, millətlərə istiqlal!

“ABŞ-Ermənistan strateji tərəfdaşlıq sazişinin Ermənistanı qorumaq gücü yoxdur” - ŞƏRH

192 15.01.2025 15:24 Dünya A A

ABŞ-Ermənistan strateji tərəfdaşlıq sazişi ABŞ-nin yeni variantlar üzrə Cənubi Qafqazdakı diplomatiyası və strategiyasına yön verir. Lakin sənədin Ermənistanı qorumaq və təhdidlərdən sığortalamaq gücü yoxdur.

Musavat.com xəbər verir ki, bu fikirləri siyasi analitik Aqşin Kərimov bildirib.

79160015-36cc-412b-9dd8-efcecd04.jpg (98 KB)

O əlavə edib ki, Ermənistan faktiki olaraq güc rəqabətində dönüş yaratmaq istəyən qüvvələrin poliqonudur – bir tərəfdə Rusiya hərbi bazası, digər tərəfdə isə Avropa İttifaqı Missiyası, o biri tərəfdə isə ABŞ-nin gözlənilən sərhəd missiyası. Azərbaycanın Ermənistanla sərhəddə aşkar və təqdim edilməyən hərbi-strateji üstünlükləri, Bakının Ankara ilə strateji müttəfiqlik fonunda Ermənistanda nüfuz dairəsinə daxil olmaq təşəbbüsləri ABŞ-nin mümkün hərbi müdaxilə imkanlarını heçə endirir. Eyni zamanda, İranın Azərbaycan və Türkiyə ilə sövdələşmə zəruriliyini dərk etməsi prosesi sürətlənir və bu, Ermənistanın perspektivlərini pisləşdirir”.

Analitik qeyd edir ki, Azərbaycanın Rusiya və Çin ilə müttəfiqlik münasibətləri, NATO ilə tərəfdaşlıq əlaqələri dərinləşir: “Bunun fonunda ABŞ Ermənistanla əlaqələrdə təhlükəsizlik və müdafiə əməkdaşlığını gücləndirməkdə çətinlik çəkəcək. Bu baxımdan ABŞ-nin bir neçə istiqamət üzrə gücünü səfərbər etməsi Vaşinqton üçün problemli və mürəkkəb situasiyalar yaradır. Ağ Evin regionda həm Çin, həm Rusiya ilə rəqabət arenasını idarə etməsi çətindir, Gürcüstandakı proseslər fonunda bu, daha aydın bir şəkildə izah oluna bilər. NATO ilə Azərbaycanın tərəfdaşlıq münasibətləri ABŞ-ni Xəzər dənizi ilə əlaqədar məsələlərdə Azərbaycanın maraqlarını ifadə etməsini zəruri edir. Bu, Donald Tramp administrasiyasında Cənubi Qafqaz üzrə siyasətin “dəniz əsaslı geosiyasət” mənzərəsini ortaya qoya bilər. Ehtimalla ABŞ oxşar tərəfdaşlıq sənədini Azərbaycanla da imzalamaqla balansı saxlamağa çalışacaq. Sazişin icrası Ermənistanın məhdud imkanlarını nəzərə almır və onu qarışıq və mürəkkəb situasiyalarda daha problemli sahələrə yönləndirir. Bu, Azərbaycan-Ermənistan sərhədindəki mümkün eskalasiya riskləri və onların nəticələrində görünə bilər. Bununla belə, Tramp administrasiyası ABŞ-nin Azərbaycan-Ermənistan sülh gündəliyində intensivliyi təmin etmək üçün Bakı-İrəvan ali səviyyəli danışıqlarına ev sahibliyi edə bilər. Lakin bu, hər iki tərəfdə danışıqlar aparmaq üçün siyasi iradələri stimullaşdıracaq və açıq qalan məsələlərin həllindən uzaq düşəcək...”

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR