İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızının gözü qarşısında arvadını qətlə yetirən kişi HƏBSDƏ ÖLDÜ

869 20.11.2023 18:38 Hadisə A A

Azərbaycanda daha bir məhkum həbsdə ölüb.

Hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Orada cəza çəkən məhkum Rəsulov Zamin Kinyaz oğlu dünyasını dəyişib.

Məhkumun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, Z.Rəsulov həyat yoldaşını öldürməkdə təqsirli bilinərək həbs edilmişdi.

Hadisə 2018-ci ildə Maştağa qəsəbəsində baş verib. Həmin ünvanda yaşayan 62 yaşlı Z.Rəsulov evində həyat yoldaşı, 60 yaşlı Natəvan Rəsulovanı xüsusi amansızlıqla öldürüb. Kişi həyat yoldaşına iri mətbəx bıçağı ilə 13 ağır zərbə endirib. Mübahisənin pul üstündə yarandığı bildirilir. Z. Rəsulov hadisəni qızının gözü qarşısında törədib.

Bildirilir ki, hadisəni törədən Z.Rəsulovun iki arvadı olub. N.Rəsulova onun ilk həyat yoldaşı olub./Lent.az

1678876441.7995_1700472497.png (209 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR