İnsanlara hürriyət, millətlərə istiqlal!

Qiyam yatdı, Kadırov həcc ziyarətinə getdi

1778 30.06.2023 23:19 Son xəbər A A

Çeçenistan rəhbərinin təyyarəsi bir neçə gün Həcc ziyarətinin keçirildiyi Səudiyyə Ərəbistanında görünüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, iyunun 26-da onun RA-73417 quyruq nömrəli Airbus ACJ319 təyyarəsi Mədinə istiqamətində havaya qalxıb.

Çərşənbə günü, iyunun 28-də Kadırov Telegram-da Putinlə görüşdən çəkilmiş şəkli yerləşdirib. Kadırov burada: “Mən Çeçenistandakı sosial-iqtisadi vəziyyət haqqında məlumat verdim” sözlərini yazıb. Lakin foto ilə bağlı maraqlı məqam ortaya çıxıb. Çünki onun yayımlandığı anda Putin Dərbənddə olub, orada turizm məsələləri ilə bağlı iclas keçirirmiş. Bu görüş iyunun 26-da axşam, Putinin ruslara “taleyüklü” müraciətindən sonra baş tuta bilərdi. Həmin müraciətdən bir neçə saat əvvəl Kadırovun təyyarəsi Qroznıdan çıxıb və mayakları söndürüb.

İyunun 27-də Kadırovun təyyarəsi Səudiyyə Ərəbistanı üzərində səmada olarkən yenidən transponderləri işə salıb. Kadırovun oğlu Əli də bu ölkədədir. İyunun 28-də o, İnstaqram səhifəsində Həcc ziyarətindən foto yerləşdirib. Əlinin sinəsində Louis Vuitton çantası var. İzləyici məlumatlarına görə, iyunun 28-də Kadırovun təyyarəsi Çeçenistana qayıdıb.

Ötən illərdə Kadırov Həcc ziyarətinə Adam Delimxanovu özü ilə aparıb. Lakin hazırda Dövlət Dumasının deputatının Ukraynada öldüyü və ya sağ qaldığı barədə heç bir məlumat verilmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR